525.Az

Musiqili Teatrda “Brodvey” layihəsi təqdim olunacaq


 

Musiqili Teatrda “Brodvey” layihəsi təqdim olunacaq<b style="color:red"></b> Azərbaycan Dövlət Musiqili Teatrı Amerika Birləşmiş Ştatlarının “Company-E” şirkəti ilə ortaq layihə kimi “Brodvey” proqramının Azərbaycan versiyasını təqdim edəcək.
 
Teatrın mətbuat katibi Samir Sədaqətoğlunun APA-ya verdiyi məlumata görə, layihə Mədəniyyət və Turizm Nazirliyi və ABŞ səfirliyinin təşkilati dəstəyi ilə baş tutacaq. “Company-E” şirkətinin əməkdaşları ilə Dövlət Musiqili Teatrı kollektivinin – xor, balet truppasının, orkestr və aktyor heyətinin birgə məşqlərinə start verilib. Bu münasibətlə “Company-E” şirkətinin rəhbər və yaradıcı heyətinin təmsilçiləri Azərbaycana gəliblər.
 
Teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev iki ölkə arasındakı mədəni, siyasi dostluq əlaqələrindən danışaraq layihənin həyata keçirilməsi üçün hər cür şərait yaradıldığını bildirib.
 
“Brodvey” layihəsi mayın 14-də təqdim olunacaq. Giriş sərbəstdir.
 





10.05.2016    çap et  çap et