525.Az

Apreldə 1722 ədəd partlamamış hərbi sursat və mina zərərsizləşdirilib


 

Apreldə 1722 ədəd partlamamış hərbi sursat və mina zərərsizləşdirilib<b style="color:red"></b> Aprel ayı ərzində 7 milyon 412 min 514 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

Bu barədə APA-ya Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib. Bildirilir ki, 1707 ədəd PHS, 6 ədəd tank əleyhinə mina və 9 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Cəmi 1722 ədəd PHS və mina zərərsizləşdirilib.
 
Məlumata əsasən əməliyyatlarda 402 nəfər əməliyyat heyəti və 228 nəfər inzibati heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edib.

İndiyədək isə cəmi 327 milyon 855 min 880 kvadratmetr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 718029-dur.

Agentlik təmizləmə əməliyyatlarını Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Goranboy, Cəbrayıl, Cəlilabad, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində davam etdirir.
 
 2016-cı ilin aprel ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.
 





10.05.2016    çap et  çap et