525.Az

Balakən Polis Şöbəsinin yeni binası istifadəyə verilib


 

Balakən Polis Şöbəsinin yeni binası istifadəyə verilib<b style="color:red"></b>

Balakən Rayon Polis Şöbəsinin (RPŞ) yeni inzibati binası istifadəyə verilib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu münasibətlə təşkil edilmiş açılış mərasimində daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev və Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, DİN-nin Balakən RPŞ-nin şəxsi heyəti və  müvafiq qurumların nümayəndələri iştirak edib. Tədbir iştirakçıları öncə Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Tədbirdə bildirilib ki, binanın tikintisinə 2014-cü ilin aprelində başlanıb. Üç mərtəbəli binanın hər mərtəbəsi 987 kvadratmetrdir.

Mərasim iştirakçıları RPŞ-nin yeni binasının növbətçi hissəsinə, xidməti otaqlara, o cümlədən xüsusi avadanlıq və kompüter sistemi ilə təchiz edilmiş tədris otağına, akt zalına, müvəqqəti saxlama yerinə baxış keçiriblər.

 





10.05.2016    çap et  çap et