525.Az
Atəşkəs pozulub
Ermənistan silahlıları cəbhə xəttinin bir neçə istiqamətində atəşkəsi pozublar.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində; Ağdam rayonunun işğal olunmuş Mərzili; Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Aşağı Seyidəhmədli və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.
25.09.2012
çap et