525.Az

"Vyana görüşündə əsas məqsəd hərbi riskləri azaltmaqdan ibarətdir"


 

"Vyana görüşündə əsas məqsəd hərbi riskləri azaltmaqdan ibarətdir"<b style="color:red"></b>

“Mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü planlaşdırılır”.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə bildirib.
 
O deyib ki, prezidentlərin görüşündə Rusiya, ABŞ və Fransa xarici işlər nazirlərinin də iştirakı gözlənilir:

“Görüşdə əsas məqsəd məsləhətləşmələr aparmaq, təmas xəttində hərbi riskləri azaltmaqdan ibarətdir.

Görüşün vaxtı və formatı dəqiqləşən kimi, əlavə məlumat veriləcək”.

M. Zaxarovanın sözlərinə görə, Moskva hesab edir ki, belə görüşlər danışıqlar prosesinin bərpa olunmasına kömək edəcək.

 





12.05.2016    çap et  çap et