525.Az

“Rusiya gərginliyin azaldılması ilə bağlı addımları alqışlayır”


 

“Rusiya gərginliyin azaldılması ilə bağlı addımları alqışlayır”<b style="color:red"></b>

“Rusiya Dağlıq Qarabağ münaqişəsində gərginliyin azaldılması ilə bağlı hər bir addımı alqışlayır”.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan və Ermənistan prezidentlərinin mümkün görüşü ilə bağlı suala cavabında deyib.
 
O, görüşün keçirilib-keçirilməyəcəyi haqda məlumata malik olmadığını söyləyib.

D Peskov bildirib ki, Rusiya münaqişənin deeskalasiyası və tərəflərin dialoqa qayıtması ilə əlaqədar atılan addımları alqışlayır.

Qeyd edək ki, Rusiyanın "İnterfaks" agentliyi mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilə biləcəyini xəbər verib.

 





12.05.2016    çap et  çap et