525.Az

Astarada yol qəzası: 2 ölü, 6 yaralı


 

Astarada yol qəzası: <b style="color:red">2 ölü, 6 yaralı</b> Ələt-Astara magistralında baş verən yol-nəqliyyat hadisəsində ölən və xəsarət alan şəxslərin kimliyi bəlli olub.
 
APA-nın cənub bürosunun xəbərinə görə, Əliyev Qabil Adil oğlunun idarə etdiyi “Ford” markalı, 90 MJ - 647 dövlət nömrə nişanlı mikroavtobusla sürücüsü məlum olmayan 90- JF-588 dövlət nömrə nişanlı ağır tonnajlı yük maşınının toqquşması nəticəsində Astara rayonu Ərçivan kənd sakinləri - 1970-ci il təvəllüdlü Yeganə Quliyeva, 1981-ci il təvəllüdlü Ramin Quliyevin öldüyü açıqlanıb.
 
Qəza zamanı xəsarət alanlar isə Ərçivan kənd sakinləri - 1992-ci il təvəllüdlü Turan Əsədli, 1992-ci il təvəllüdlü Elnarə Quliyeva, Şiyəkaran kənd sakini 1959-cu il təvəllüdlü Nəzmiyyə Əliyeva, Çayoba kənd sakini 1957-ci il təvəllüd Məhərrəm Əliyev, 2003-cü il təvəllüdlü Maral Fərhadova, Qəcimarda kənd sakini Xudaşirin adlı şəxsdir.
 
Maral Fərhadova və Məhərrəm Əliyevin vəziyyətlərinin ağır olduğu bildirilir.
 
Yük maşınının sürücüsünün hadisə yerindən qaçdığı bildirilir. 
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
 





13.05.2016    çap et  çap et