525.Az
Əbülfəs Qarayev Ağstafada qəbul keçirəcək
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mayın 20-də Ağstafada vətəndaşları qəbul edəcək.
Nazirlikdən 525.az-a verilən məlumata görə, qəbulda Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.
Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlar qeyd olunan rayon mədəniyyət və turizm şöbələri ilə də əlaqə saxlaya bilərlər.
13.05.2016
çap et