525.Az

Lindqrenin daha bir kitabı latın qrafikası ilə çap edildi - Video


 

Lindqrenin daha bir kitabı latın qrafikası ilə çap edildi - <b style="color:red">Video </b> Bugünlərdə "Facebook"dakı "Kitabsevərlər" qrupunun 11-ci kitabı olan Astrid Lindqrenin "Biz Saltkrok adasındayıq" romanı çap olunub.

525.az-ın verdiyi məlumata görə, kitab ilk dəfə Azərbaycan dilində 1976-cı ildə işıq üzü görüb. Sözügedən qrup isə 40 il sonra əsəri latın qrafikası ilə yenidən çap etdirib.

1964-cü ildə işıq üzü görən əsərdə insanın müxtəlif yaş dövrlərində həyata və ətrafdakılara baxışı, yanaşma tərzi təsvir olunur, reallıqlar axıcı tərzdə oxucuya çatdırılır.

Əsərin təqdimatı 22 may saat 13:00-da "İçərişəhər" bookhouse&café-də baş tutacaq.

Məlumat üçün qeyd edək ki, kitabın qiyməti 6 manatdır.

Cavid QƏDİR

 





14.05.2016    çap et  çap et