525.Az

Qazax sakini minaya düşdü


 

Qazax sakini minaya düşdü<b style="color:red"></b> Qazax rayon sakini minaya düşüb.
 
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Quşçu Ayrım kəndində qeydə alınıb. Kənd sakini, 1978-ci il təvəllüdlü Vəzir Vəliyev heyvanları çölə apararkən minaya düşüb.

Müxtəlif bədən xəsarəti alan V. Vəliyev dərhal Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun sol ayağı dizdən aşağı amputasiya olunub.
 





14.05.2016    çap et  çap et