525.Az

4 rayonun polis rəisi dəyişdirildi


 

4 rayonun polis rəisi dəyişdirildi<b style="color:red"></b> Azərbaycan daxili işlər orqanlarında yeni təyinatlar olub.
 
APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
 
Nazirin imzaladığı əmrlə Ucar Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Adil Ələkbərov tutduğu vəzifədən azad edilərək Zaqatala RPŞ-nin rəisi, Zaqatala RPŞ-nin rəisi Arif Babayev tutduğu vəzifədən azad edilərək Yardımlı RPŞ-nin rəisi, Yardımlı RPŞ-nin rəisi Nadir Məmmədov tutduğu vəzifədən azad edilərək Qəbələ RPŞ-nin rəisi, Qəbələ RPŞ-nin rəisi Ehtibar Abduyev isə tutduğu vəzifədən azad edilərək Ucar RPŞ-nin rəisi vəzifəsinə təyinat alıb.
 
Daxili İşlər Nazirliyindən APA-ya təyinatları təsdiqləyiblər.
 





14.05.2016    çap et  çap et