525.Az

BSU-nun rektoru Puşkin medalı ilə təltif edilib


 

BSU-nun rektoru Puşkin medalı ilə təltif edilib<b style="color:red"></b>

Beynəlxalq Rus Dili və Ədəbiyyatı Müəllimləri Assosiasiyasının Rəyasət Heyətinin 22 aprel 2016-cı il tarixli qərarı ilə rus dilinin, rus ədəbiyyatının və mədəniyyətinin yayılmasında böyük töhfəsinə görə Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyev A.S.Puşkin medalı ilə təltif edilib.
 
Assosiasiyanın və Rusiya Təhsil Akademiyasının Prezidenti akademik Lyudmila Verbitskayanın təbrik məktubunda professor A.Hacıyevin uzunmüddətli uğurlu elmi, pedaqoji və yaradıcı fəaliyyətinə, rus dili və mədəniyyətinin beynəlxalq aləmdə təbliğatında və millətlərarası münasibətlərin güclənməsində əvəzolunmaz xidmətinə görə minnətdarlıq bildirilib.

 





15.05.2016    çap et  çap et