525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b>

2015-ci il. İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı yaradılıb.

Filialın yaradılmasında məqsəd Azərbaycanda tibb təhsilinin təkmilləşdirilməsi və bu sahədə dünyanın nüfuzlu ali təhsil mərkəzləri ilə əlaqələrin genişləndirilməsi, həmçinin ölkə vətəndaşlarının Rusiyanın tibb təhsili müəssisələrində oxumaq arzusunun təmin olunmasıdır.

1929-cu il. ABŞ-ın Hollivud şəhərində ilk dəfə “Oscar” mükafatı təqdim olunub. Kinematoqrafiya Sənət və Elm Akademiyasının bu mükafatının ilk təqdimat mərasimi 270 nəfərin iştirakı ilə 15 dəqiqə davam edib. Həmin gün aktyorlara və aktrisalara, rejissorlara, kino sənayesinin digər nümayəndələrinə 15 mükafat təqdim edilib.

1975-ci il. Dünyanın ən güclü alpinistlərindən biri olan yaponiyalı Junko Tabei Everest zirvəsini fəth edən ilk qadın kimi tarixə düşüb.

1916-cı il. Fransa və Böyük Britaniya arasında Yaxın Şərqdəki türk koloniyalarının bölüşdürülməsi haqqında gizli saziş imzalanıb.

1917-ci il. Magik realizm janrının nəhənglərindən olan Meksika yazıçısı Xuan Rulfonun doğum günüdür.

Apulko şəhərində doğulan Rulfo 1986-cı ildə paytaxt Mexikoda vəfat edib.

Yazıçının ən məşhur, Azərbaycan oxucusuna da yaxşı tanış olan "Pedro Paramo” əsəri Latın Amerikasında magik realizm janrında yazılmış ilkin romanlardandır. Rulfonun bu romanı ispandilli ədəbiyyatın zirvələrindən hesab olunur. Əsər Karlos Fuentes, Qabriel Qarsia Markes, Luis Borxes kimi yazıçılara böyük təsir göstərib.

"Pedro Paramo"nu yazsaydım, mən də yazıçılığın daşını atardım". Meksika yazıçısı Xuan Rulfonun uzun illər susmağının səbəbini Latın Amerikası ədəbiyyatının digər nəhəngi, kolumbiyalı Qabriel Qarsia Markes belə izah etmişdi.

 





16.05.2016    çap et  çap et