525.Az

Zaqatalada mültikulturalizmlə bağlı tədbir - Fotolar


 

Zaqatalada mültikulturalizmlə bağlı tədbir - <b style="color:red">Fotolar</b> Bu gün Zaqatala şəhərində Bakı İslam Universitetinin rayon şöbəsində “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Azərbaycan xalqının multikultural və tolerant dəyərlərinin cəmiyyətdə təbliği” adlı tədbir keçirib.

Birlikdən 525.az-a verilən məlumata görə, tədbirin əhəmiyyəti barədə danışan təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki, əsrlərdir Azərbaycanda hökm sürən istər milli, istərsə də dini tolerant münasibətlər dövlətimiz tərəfindən bugün də mühafizə edilməsi xalqımız üçün qürurvericidir:
 
“Mültikultural dəyərlərin, dini və milli dözümlülüyün qorunması Azərbaycan dövlətinin ən böyük uğurudur.

Məhz ölkə prezidenti İlham Əliyev tərəfindən 2016-cı il “Multikulturalizim ili” elan edilməsi də Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasına ən böyük xidmət kimi qəbul olunmalıdır”.

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli ilk olaraq, Zaqatala şəhidləri Rəvan Nuriyev və Sərxan Bayramaovun timsalında bütün Vətən şəhidlərini rəhmətlə anıb.

Sonra o, təəssüflə bidirib ki, Azərbaycan dövlətinin uğurlu tolerant siyasətindən sui- istifadə edən milli dönüklər, təkfirçi vətəndaşlarımız da var:
 
“Onlar vətənimiz, dövlətimiz, Qarabağ adına deyil, digər yad ölkələrdə öz din qardaşlarını qətlə yetirməklə mübarək dinimizə, eləcə də mərhəmət və şəfqət dolu qəlb sahibi olan xalqımıza ləkə gətirirlər. Ona görə də hər bir vətəndaşımızı dövlətin uğurlu tolerant siyasətinə dəstək olmağa səsləyirəm”.
 
Daha sonra Zaqatala rayon İcra Hakimiyyətinin əməkdaşı İlqar Vəliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbə müdiri Mehman İsmayılov və QMİ –nin Zaqatala – Balakən bölgə qazisi Hacı İbrahim İbrahimov mövzu ətrafında çıxış ediblər.

Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri və çoxlu sayda fəal gənclər iştirak edib.
 





16.05.2016    çap et  çap et