525.Az

Azad Rəhimov Cəlilabadda qəbul keçirəcək


 

Azad Rəhimov Cəlilabadda qəbul keçirəcək<b style="color:red"></b> Gənclər və idman naziri Azad Rəhimov mayın 20-də Cəlilabadda vətəndaşları qəbul edəcək.
 
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbulda Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı, Yardımlı rayon və şəhər sakinləri iştirak edəcək.
 
Qəbul Heydər Əliyev Mərkəzində, saat 11.00-da başlanacaq. Qəbula gəlmək istəyən vətəndaşlar Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı, Yardımlı rayon (şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdır.
 





16.05.2016    çap et  çap et