525.Az

"İqtisadiyyatımızın inkişafı TANAP və TAP-dan asılıdır"


 

"İqtisadiyyatımızın inkişafı TANAP və TAP-dan asılıdır"<b style="color:red"></b>

"Azərbaycanla Gürcüstan düz 20 il bundan əvvəl Bakı-Supsa kəmərinin təməlini qoymaqla tərəfdaşlığa başlayıb. Tərəfdaşlığımız hər il daha da güclənir. Bu, həm də bizim strateji tərəfdaşlığımızın başlanğıcı idi".
 

Bunu APA-nın Gürcüstan bürosunun açıqlamasında Gürcüstanın energetika nazirinin müavini Mariam Valişvili bildirib.

"Hazırda biz TANAP layihəsini reallaşdırırıq. Hesab edirəm ki, yaratdığımız tərəfdaşlıq əsrlərlə davam edəcək. Bizim ölkələrin iqtisadi inkişafı bu layihələrə yatırılan investisiyalara əsaslanıb.
 
İnanıram ki, gələcəkdə də əməkdaşlığımız bu cür əhəmiyyətli olacaq. Bununla yanaşı, sabah Yunanıstanda TAP layihəsinin təməli qoyulacaq.

Bütün bunlar ölkələrimizin stabilliyini qoruyacaq və iqtisadiyyatın inkişafına böyük təkan verəcək. Gələcəyimiz və iqtisadiyyatımızın inkişafı bu layihələrdən asılıdır", - deyə nazir müavini qeyd edib.

 





16.05.2016    çap et  çap et