525.Az

Əliyev-Sarkisyan görüşü başa çatdı - Yenilənib


 

Əliyev-Sarkisyan görüşü başa çatdı - <b style="color:red">Yenilənib</b> Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında görüş başa çatıb.
 
APA-nın məlumatına görə, danışıqlarda ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədrləri Ceyms Uorlik, İqor Popov və Pyer Andriyo, həmçinin Rusiya və Fransanın xarici işlər nazirləri Sergey Lavrov və Jan-Mark Eyro, ABŞ-ın dövlət katibi Con Kerri, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və Fransa Respublikasının Avropa məsələləri üzrə dövlət katibi Harlem Dezir iştirak edib.
 
*** 00:02
 
Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü başlayıb.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, danışıqlar ATƏT-in Minsk qrupu ölkələrinin iştirakı ilə keçirilir.
 
Həmsədr ölkələri Rusiya və Fransanın XİN rəhbərləri Sergey Lavrov və Jan-Mark Eyro, həmçinin ABŞ dövlət katibi Con Kerri təmsil edir.
 





17.05.2016    çap et  çap et