525.Az
Ötən il 52 dini icma dövlət qeydiyyatından keçib
“Dini icmaların dövlət qeydiyyatına alınması prosesinin davam etdirilməsi nəticəsində ötən il 52 dini icma dövlət qeydiyyatından keçib”.
APA-nın xəbərinə görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2015-ci ildəki hesabatında bildirilib.
Hesabatda qeyd olunub ki, onlardan 49-u islam, 3-ü qeyri-islam təmayüllü dini icmadır. “Qeydiyyata alınmış dini icmaların ümumi sayı 644-ə çatıb.
İndiyədək dövlət qeydiyyatından keçmiş dini icmalardan 620-i islam, 24-ü qeyri-islam təmayüllüdür.
Sonunculardan 15-i xristian, 6-i yəhudi, 2-i bəhai və 1-i krişna şüuru dini icmasıdır” – deyə, hesabatda bildirilib.
17.05.2016
çap et