525.Az

“Dünya ədəbiyyatı”nın yeni sayı gəlir


 

DƏRGİNİN NÖVBƏTİ BURAXILIŞI ÇAĞDAŞ İRAN ƏDƏBİYYATINA HƏSR OLUNUB

“Dünya ədəbiyyatı”nın yeni sayı gəlir<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan “Dünya ədəbiyyatı” dərgisinin yeni sayı yaxın günlərdə işıq üzü görəcək.

Bu barədə dərginin baş redaktoru Seyfəddin Hüseynli məlumat verib.

Baş redaktor dərginin 2016-cı ildəki ilk sayının bütövlükdə yeni dövr İran ədəbiyyatına həsr edildiyini bildirib. 

30-a yaxın müəllifin yaradıcılığını əhatə edən bu sayda XX əsrin 40-cı illərindən etibarən yaranmağa başlayan, müxtəlif növlər və janrlar üzrə inkişaf tapan, çağdaş forma və məzmuna malik İran ədəbiyyatı nümunələri yer alıb.

Seyfəddin Hüseynlinin sözlərinə görə, dərgidəki bütün materiallar, istisnasız olaraq, orijinaldan – fars dilindən tərcümə edilib:

“Dərginin kifayət qədər iri həcmə malik yeni sayına zəmanəmizin ən məşhur İran ədiblərinin yaradıcılığını dolğun şəkildə əks etdirən roman, pyes, poema, hekayələr, şeirlər daxildir. İcmal və təhlil məzmunlu iki geniş məqalə müasir İran nəsri və poeziyasının mənzərəsinə xeyli dərəcədə aydınlıq gətirir.

Tərtibatda istifadə olunan rəsmlər və fotolar isə, illüstrasiya rolu oynamaqdan daha çox, çağdaş İran kinosu və rəssamlıq sənətinin uğurlarından xəbər verir”.

Sim-sim.az

 





17.05.2016    çap et  çap et