525.Az

10 illik "Yol" - Fotorepotaj


 

10 illik "Yol" - <b style="color:red">Fotorepotaj</b>

Azərbaycan Xalça Muzeyində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə elmi-kütləvi “Yol” jurnalının 10 illik yubiley tədbiri və jurnalın fotoqrafı Emil Xəlilovun “Təbiətin çalarları” adlı fərdi fotosərgisi keçirilib.
 
Nazirlikdən 525.az-a verilən məlumata görə, nəşrin təsisçisi Lalə Kazımova on il ərzində jurnalın əhatə etdiyi mövzulardan söhbət açıb.

Bildirib ki, bu müddətdə jurnalın 56 nömrəsi çap edilib. Bu nömrələrdə yer alan elmi-kütləvi, bədii, publisistik, memuar xarakterli materiallarda müstəqil ölkəmizin keçmişinə və bu gününə işıq salınıb. Bununla yanaşı, jurnalda müntəzəm olaraq xarici ölkələr və şəhərlər, onların tarixi, mədəniyyəti haqqında da məqalələr dərc edilir. Təqdirəlayiqdir ki, çoxmillətli, çoxkonfessiyalı Azərbaycanda çap olunan, dünyanın milli, mədəni müxtəlifliyinə böyük marağı ilə fərqlənən və bütöv formatı ilə tolerantlığa xidmət edən rusdilli jurnalın yubileyi ölkəmizdə elan olunmuş multikulturalizm ilinə təsadüf edir.

Üçüncü nömrəsindən başlayaraq, bu günə kimi jurnalın baş redaktoru Flora Nacidir.

Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli jurnalın 10 yaşının tamam olması münasibətilə kollektivi təbrik edib

Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov təmsil etdiyi qurumun adından “Yol” jurnalının kollektivini Mətbuat Şurasının Fəxri diplomu ilə təltif edib.

Sonra tədbir iştirakçıları nəşrin fotoqrafı Emil Xəlilovun yubileyə həsr etdiyi “Təbiətin çalarları” adlı fotosərgi ilə tanış olublar.

Qeyd edək ki, sərgi mayın 23-dək davam edəcək.

 





17.05.2016    çap et  çap et