525.Az

Runidən "Old Trafford"da 100-cü qol


 

Runidən "Old Trafford"da 100-cü qol<b style="color:red"></b>

"Mançester Yunayted"in kapitanı Ueyn Runi üçün İngiltərə Premyer Liqasının sonuncu turunda "Bornmut"la matç (3:1) əlamətdar olub.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, sözügedən qarşılaşmanın 43-cü dəqiqəsində fərqlənən ingilis hücumçu "Old Trafford"da keçirilən ölkə çempionatı matçlarında vurduğu qolların sayını 100-ə yüksəldib.

Bununla da o, İngiltərədə bir stadionda ən çox qol vuran ikinci futbolçu olub.

Qeyd edək ki, bu göstəricidə rekord "Arsenal"ın keçmiş futbolçusu Tyerri Anriyə məxsusdur (114 qol),

 





18.05.2016    çap et  çap et