525.Az

"Qızıl əlcək" Çexə verildi


 

"Qızıl əlcək" Çexə verildi<b style="color:red"></b>

"Arsenal"ın qapıçısı Petr Çex mükafatlandırılıb.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, çexiyalı qolkiper daha çox oyunda qol buraxmayan qapıçıya verilən "Qızıl əlcək" mükafatına layiq görülüb.

O, bu mövsüm İngiltərə Premyer Liqasında 16 qarşılaşmada qapısını toxunulmaz saxlayıb. Bu nəticə ilə P.Çex "Mançester Yunayted"in qapıçısı David de Heanı 1 oyun qabaqlayıb.

Qeyd edək ki, P.Çex 2015/2016 mövsümündə ölkə çempionatında 34 matçda 31 qol buraxıb.

Qeyd edək ki, P.Çex bundan əvvəl 3 dəfə "Qızıl əlcək" mükafatını qazanıb.

 





18.05.2016    çap et  çap et