525.Az

Bakıda İran kino həftəsi başa çatdı


 

Bakıda İran kino həftəsi başa çatdı<b style="color:red"></b> Bakıda İran kino həftəsi "Nəqqaşlıq hovuzu" filmi ilə başa çatıb.
 
APA-nın məlumatına görə, kino həftəsi İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzi və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə baş keçirilib.
 
Açılış mərasimi mayın 14-də Nizami Kino Mərkəzində keçirilən kino həftəsində ilk olaraq, “143-cü çuxur” filmi nümayiş etdirilib.

Mayın 15-də “Bir dişləm qənd”, mayın 16-da “Bu gün”, mayın 17-də isə “Nəqqaşlıq hovuzu” filmləri təqdim olunub.
 





18.05.2016    çap et  çap et