525.Az

Arda və Nuri oynamayacaq


 

Arda və Nuri oynamayacaq<b style="color:red"></b>

Türkiyə millisinin 3 futbolçusu "Avro-2016"ya hazırlıq çərçivəsində İngiltərəyə qarşı mayın 22-i keçiriləcək yoxlama oyununa iştirak etməyəcək.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, millinin aparıcı oyunçuları Arda Turan, Nuri Şahin və Burak Yılmaz klublarındakı matçlara görə İngiltərə ilə görüşü buraxacaqlar.

"Barselona"nın yarımmüdafiəçisi A.Turan sözügedən qarşılaşma ilə eyni tarixdə keçiriləcək İspaniya kubokunun finalında "Sevilya" ilə görüş üçün heyətdə yer alacaq.

N.Şahin bir gün əvvəl "Borussiya" ilə Almaniya kubokunda "Bavariya"ya qarşı final oyununda meydanda olacaq.

"Pekin Quoan”ın şərəfini qoruyan B.Yılmaz isə mayın 22-də Çin Liqasında oyuna çıxacaq.

 





18.05.2016    çap et  çap et