525.Az

Musiqi Mədəniyyəti Muzeyində “Açıq qapı” günü


 

Musiqi Mədəniyyəti Muzeyində “Açıq qapı” günü<b style="color:red"></b>

18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində və onun filiallarında 18-22 may tarixlərində “Açıq qapı” günü elan ediləcək.

Mədəniyyət və Turizm Nazirliyindən 525.az-a verilən məlumata görə, YUNESKO-nun Beynəlxalq Muzeylər Şurasının (İKOM) tövsiyəsi ilə bu il 18 May - Beynəlxalq Muzeylər Günü “Muzeylər və mədəniyyət landşaftları” devizi altında qeyd olunur.

Bu münasibətlə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 19 may tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz və Azərbaycan Milli Konservatoriyası ilə birgə “Milli musiqi alətlərimizin təkmilləşdirilməsi və yeni növlərinin yaradılması” mövzusunda elmi-praktik konfrans və muzeyin filialı olan Niyazinin mənzil muzeyində Bakı Musiqi Akademiyasının tələbələrinin ifalarında “Dünyanın musiqi inciləri” adlı konsert keçiriləcək.

Cavid QƏDİR

 





18.05.2016    çap et  çap et