525.Az

“Metsamor əleyhinə başladılan kampaniyaya hamı dəstək olmalıdır”


 

“Metsamor əleyhinə başladılan kampaniyaya hamı dəstək olmalıdır”<b style="color:red"></b>

“Metsamor Atom Elektrik Stansiyası (AES) əleyhinə başladılan petisiyanın nəticəsini öncədən proqnozlaşdırmaq çətin məsələdir. Ona görə ki, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən vəhşiliklərə 25 ildir ciddi reaksiya göstərilməyib, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə görə beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər yalnız kağız üzərində qalıb”.

Bu sözləri Strateji Araşdırmalar İnstitutunun sədri, politoloq Ramiz Alıyev sözügedən stansiyanın fəaliyyətinə qarşı başladılan “Stop Metsamor!” petisiya layihəsi ilə bağlı danışarkən deyib.

Politoloq bildirib ki, dünya ölkələri və nüfuzlu beynəlxalq təşkilatlar hələ də terrorist ölkə ilə terrordan əziyyət çəkən ölkələri, genosid törədən xalqla genosidə məruz qalan xalqı düzgün müəyyən etmək istəmir:

“Bu da terrorçu Ermənistan dövlətinin dünyanın hüquq normalarını tanımadığına, həmçinin beynəlxalq hüququn qeyri-işlək vəziyyətdə olduğuna dəlalət edir".

R.Alıyev qeyd edib ki, Metsamor əleyhinə başladılan petisiyanın lazımi nəticə verəcəyinə ümid edərək hər bir şəxs kampaniyaya dəstək olmalı və xarici dostlarını bu petisiyaya qoşulmağa səsləməlidir:
 
“Dünya dövlətləri və beynəlxalq təşkilatlar heç olmasa bir dəfə ikili standartlardan əl çəkib haqlının yanında olmalı, terroristlərə dəstək göstərən dövlətə qarşı qətiyyətli mövqe nümayiş etdirməlidir".

Qeyd edək ki, Metsamor AES Azərbaycan və Gürcüstan sərhədlərindən 120 km, İran sərhədindən 60 km, Türkiyə sərhədindən 16 km aralıda yerləşir.

Qəza nəticəsində radioaktiv tullantıların və digər fəsadların Rusiya, Orta Asiya, Xəzər və Qara dəniz ölkələrinin əhalisi üçün böyük təhlükə yaradacağı şübhəsizdir.

Ceyhun ABASOV

 





18.05.2016    çap et  çap et