525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b>

2004-cü il. Brüsseldə “Dədə Qorqud” abidəsinin açılışı olub. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.

1992-ci il. Türkiyə hökuməti Ermənistanın Azərbaycana qarşı artan hərbi təcavüzü ilə bağlı yeni bəyanat verib.

Bəyanatda bildirilirdi ki, Şuşa və Laçının işğalı, Ermənistanın Naxçıvan üzərinə hücumlarının genişlənməsi Türkiyəni hadisələrə seyrçi qoya bilməz.

Türkiyə 1921-ci il Qars müqaviləsinə əsasən, Naxçıvanın təhlükəsizliyi ilə bağlı məsuliyyət daşıdığını nəzərə çatdırıb.

1907-cı il. Bakıda "Bəhlul" satirik jurnalı nəşrə başlayıb.
 
“Molla Nəsrəddin” jurnalının təsiri altında nəşr olunan dərginin redaktoru Ələsgər Əliyev idi. Jurnalın cəmi 9 sayı (1907-ci il 4 noyabradək) işıq üzü görüb.
 
M.Ə.Sabirin bir neçə şeiri (Bəhlul Danəndə haqqında) ilk dəfə bu dərgidə dərc olunub.

1910-cu il. Xalq şairi Rəsul Rzanın doğum günüdür (1910-1981).

Əsərləri: “Qız qalası”, "Qızıl gül olmayaydı", "Bir gün də insan ömrüdür" (poema), «Rənglər» (şeirlər silsiləsi), “Vəfa”, “Görüş” (pyes), "Dünən, bu gün, sabah", "Güneylər, quzeylər" , "Üzü küləyə" və s. N.Gəncəvinin «Xosrov və Şirin» poemasını, rus şairləri Puşkin, Lermontov, Nekrasov, Mayakovski və Avropa şairlərinin əsərlərini dilimizə tərcümə edib.

 





19.05.2016    çap et  çap et