525.Az

Rusiyanın ən varlı varisi azərbaycanlıdır


 

Rusiyanın ən varlı varisi azərbaycanlıdır<b style="color:red"></b>

Rusiyanın ən varlı varisi "LukOyl" neft-qaz şirkətinin başçısı Vahid Ələkbərovun yeganə oğlu Yusuf Ələkbərovdur.

525.az "Report"a istinadən xəbər verir ki, bunu "Forbes" jurnalı açıqlayıb.

Məlumata görə, jurnal Rusiyanın 20 milyarder ailəsinin 47 varisi arasında mirasın bölüşdürülməsi ilə bağlı araşdırma aparıb. Varislərə azı 1,87 milyard dollar düşüb.

"Forbes"in hesablamalarına görə, Yusif Ələkbərov Rusiyada ən varlı varisdir. Ona 8,9 milyard dollarlıq var-dövlət qala bilər. Y.Ələkbərov 1990-cı ildə anadan olub.

Rusiyanın "Yevroxim" və "SUEK" şirkətlərinin sahibi Andrey Melniçenkonun 4 yaşlı qızı Tare Melniçenko 8,2 milyardlıq varidatla ikinci yerdə qərarlaşıb.

Üçüncü yerdə "Novatek" və "Sibur" şirkətlərinin yiyəsi Leonid Mixelsonun 1992-ci ildə anadan olan qızı Viktoriya və adı dəqiqləşdirilməyən, bir yaşın içində olan oğlu gəlir. Onların hər birinə 7,2 milyard dollarlıq miras düşür.

 





19.05.2016    çap et  çap et