525.Az

MTRŞ-dan vacib qərar


 

MTRŞ-dan vacib qərar<b style="color:red"></b> Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.
 
MTRŞ-dan APA-ya verilən məlumata görə, iclasda Azərbaycan Respublikasında özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 12 may 2016-cı il tarixli Sərəncamına uyğun olaraq teleradio yayımçılarına maliyyə yardımının ayrılması məsələsi müzakirə olunub.
 
Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına ayrılmış 2 (iki) milyon manat vəsaitin ümumrespublika özəl televiziya yayımçılarına (ATV, ANS TV, Xəzər TV, Space TV, Lider TV, Region TV) bərabər şəkildə ayrılması barədə qərar qəbul edilib.
 





19.05.2016    çap et  çap et