525.Az

Qiyas İbrahimov və Bayram Məmmədovun şikayətləri təmin edilmədi


 

Qiyas İbrahimov və Bayram Məmmədovun şikayətləri təmin edilmədi<b style="color:red"></b> Bu gün Bakı Apellyasiya Məhkəməsində Qiyas İbrahimovun və Bayram Məmmədovun apellyasiya şikayətlərinə baxılıb.
 
Vəkil Elçin Sadıqovun APA-ya verdiyi məlumata görə, məhkəmə şikayətləri təmin etməyib.
 
Qeyd edək ki, Qiyas İbrahimov və Bayram Məmmədov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) maddəsinə əsasən ittiham olunurlar.

Xətai rayon Məhkəməsinin qərarı ilə onların hər biri barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
 
Apellyasiya şikayəti həmin qərardan verilib. Şikayətdə qərarın ləğvi və onların azadlığa buraxılması istənilib.
 





19.05.2016    çap et  çap et