525.Az

Şəhid gizirin medalı ailə üzvlərinə təqdim olundu


 

Şəhid gizirin medalı ailə üzvlərinə təqdim olundu<b style="color:red"></b> Şəhid gizir Pəncəli Teymurovun ölümündən sonra ölkə başçısının sərəncamı ilə layiq görüldüyü "Vətən uğrunda" medalı bu gün doğulduğu Astara rayonunun ucqar Əzərüd kəndində ailə üzvlərinə təqdim olunub.
 
APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən mərasimdə şəhidin doğmaları ilə yanaşı, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Müdafiə Nazirliyinin əməkdaşları, əlaqədar qurumların səlahiyyətli şəxsləri, kənd sakinləri iştirak ediblər.
 
Tədbirdə cəbhə bölgəsində Lələtəpə zirvəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş gizirin n şərəfli ömür yolundan söz açılıb. Bildirilib ki, 1999-cu ildən hərbi xidmətdə olan Pəncəli Teymurov 2015-ci ildə ölkə başçısının sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunub.
 
Pəncəli Teymurovun qəbrini ziyarətə gələnlər arasında həmçinin Türkiyədə birgə təhsil aldıqları tələbə yoldaşları, eləcə də müəllimləri də olublar. Onlar vaxtı ilə Pəncəli ilə  birgə çəkilən şəkilləri onun valideynlərinə təqdim ediblər.
 
Layiq görüldüyü “Vətən uğrunda” medalı isə atası Nurməmməd Teymurova təqdim edilib.
 





19.05.2016    çap et  çap et