525.Az

Vəkil həbsdə olan sabiq milli təhlükəsizlik naziri ilə görüşdü


 

Vəkil həbsdə olan sabiq milli təhlükəsizlik naziri ilə görüşdü<b style="color:red"></b> Vəkil Tofiq Allahverdiyev Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovla görüşüb.
 
Bu barədə APA-ya məlumat verən T. Allahverdiyev bildirib ki, Naxçıvan Muxtar Respublikasında Penitensiar Xidmətinin istintaq təcridxanasında saxlanılan V. Ələsgərovun saxlanma şəraiti normaldır, hər hansı şikayəti yoxdur.
 
T. Allahverdiyev V. Ələsgərovun barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan apellyasiya şikayəti verəcəklərini də deyib.
 
Qeyd edək ki, V. Ələsgərov bir müddət əvvəl Naxçıvanda həbs edilib. Daha sonra barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. Bir neçə gün əvvəl isə yenidən məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
 
O, vəzifə səlahiyyətlərini aşmaqda, dövlət əmlakını talamaqda və digər cinayətlərdə ittiham olunur.
 
V. Ələsgərov 15 il Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində çalışıb.
 





19.05.2016    çap et  çap et