525.Az

Çempionlar Liqasında 5 ispan klubu


 

Çempionlar Liqasında 5 ispan klubu<b style="color:red"></b>

2016/17 mövsümündə Çempionlar Liqasında İspaniya 5 klubla təmsil olunacaq.

Qol.az-ın xəbərinə görə, bu haqda UEFA-nın rəsmi saytı məlumat yayıb.

Normalda İspaniya üçün ÇL-də 4 yer ayrılır. Lakin “Sevilya” Avroliqanın finalında “Liverpul”a qalib gəlib turnirin qalibi olduğundan, yeni qaydalara əsasən, növbəti mövsüm ÇL-də oynamaq hüququ əldə edib.  “Sevilya” “Barselona”, “Real” və “Atletiko” kimi yarışa birbaşa qrupdan, İspaniyanın beşinci təmsilçisi “Vilyareal” isə pley-off-dan başlayacaq.

“Sevilya”nın birbaşa qrupda oynaması isə səbəbsiz deyil. Məsələ burasındadır ki, ÇL-in budəfəki qalibi İspaniyanın iki təmsilçisindən (“Real” və ya “Atletiko”) biri olacaq. ÇL-in qalibi olacaq ispan klubu növbəti mövsüm üçün vəsiqəni indidən təmin etdiyindən bu ölkəyə qrup üçün ayrılan üç yerdən biri “Sevilya”ya qismət olub.

Ümumilikdə, 2016/17 mövsümündə ÇL-in qrupunda oynayacaq  32 komandadan 21-nin adı dəqiqləşib.

İspaniya: "Barselona", "Real", "Atletiko"

İngiltərə: "Lester", "Arsenal", "Tottenhem"

Almaniya: "Bavariya", "Borussiya" Dortmund, "Bayer"

İtaliya: "Yuventus", "Napoli"

Portuqaliya: "Benfika", "Sportinq"

Fransa: "Pari Sen-Jermen", "Lion"

Rusiya: ÇSKA və ya "Rostov"

Ukrayna: "Dinamo" Kiyev

Hollandiya: PSV

Belçika: "Brügge"

İsveçrə: "Bazel"

Türkiyə: "Beşiktaş"

Avroliqanın qalibi: "Sevilya" (İspaniya)

Pley-off-da oynayacaq 5 aparıcı liqanın təmsilçisi: "Vilyareal" (İspaniya), "Mançester Siti" (İngiltərə), "Borussiya" Münhenqladbax (Almaniya), "Roma" (İtaliya), "Portu" (Portuqaliya).

 





20.05.2016    çap et  çap et