525.Az

“Ermənistan Rusiyanın müttəfiqi, Azərbaycan isə strateji tərəfdaşıdır”


 

“Ermənistan Rusiyanın müttəfiqi, Azərbaycan isə strateji tərəfdaşıdır”<b style="color:red"></b> “Rusiya və Ermənistanın müttəfiqlik münasibətləri var. Lakin Azərbaycanla münasibətlər müttəfiqlik yox, strateji tərəfdaşlıq münasibətləridir”.
 
APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Aleksey Pavlovski Moskvada jurnalistlərə açıqlamasında deyib.
 
O bildirib ki, hər iki sözün mənası kifayət qədər aydındır:

"Tərəfdaşlıq o deməkdir ki, biz qarşılıqlı əlaqədəyik. Strateji tərəfdaşlıq isə o deməkdir ki, bu əlaqələr uzunmüddətli perspektiv üçün nəzərdə tutulub. Rusiya-Azərbaycan münasibətlərinin əsasında dayanan obyektiv faktorlar aydındır: coğrafi yaxınlıq, iqtisadi əlaqələr, Rusiyada böyük Azərbaycan diasporunun mövcudluğu. Biz bunu strateji tərəfdaşlıq adlandırırıq. Azərbaycan Ermənistandan fərqli olaraq, Rusiyanın müttəfiqi deyil. Ermənistanla bizim hərbi-siyasi müttəfiqliyimiz, qarşlıqlı yardım, o cümlədən, hərbi yardım barədə razılaşmalarımız var”.
 
Diplomatın sözlərinə görə, fərq məhz burdadır.
 
"Ermənistan və Azərbaycanla münasibətlərə bərabər səviyyədə yanaşıldığını söyləmək doğru deyil. Əlbəttə, çox az adam bu vacib detallara diqqət yetirir”, - deyə diplomat vurğulayıb.
 





20.05.2016    çap et  çap et