525.Az

Hindistanda yeni temperatur rekordu


 

Hindistanda yeni temperatur rekordu<b style="color:red"></b>

Hindistanın Racastan ştatının Pxalodi şəhərində +51 dərəcəlik rekord temperatur göstəricisi qeydə alınıb. Bundan əvvəlki rekord 1956-cı ildə həmin ştatın Alvar şəhərində müşahidə edilən +50,6 dərəcəlik temperatur olmuşdu.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, rekord temperatur, həmçinin Racastan ştatının digər şəhərlərində və Qucarat ştatında da, qeydə alınıb.

Hindistanın Meteoroloji Departamenti yaxın günlərdə istilərin bir qədər də artacağı barədə xəbərdarlıq edib. Ölkənin şimal-qərb ştatlarında hərarətin +47 dərəcəni ötməsi səbəbindən “qırmızı dərəcə” təhlükə səviyyəsi qüvvədə saxlanılacaq.

Hökumət havaların isti keçməsi ilə əlaqədar həyatını itirənlərin rəsmi statistikasını təqdim etməsə də, KİV-lər yüzlərlə insanın həlak olduğunu yazırlar.

 





20.05.2016    çap et  çap et