525.Az

"Razılaşmaya əməl edilməsindən daha çox uzaqlaşırıq"


 

"Razılaşmaya əməl edilməsindən daha çox uzaqlaşırıq"<b style="color:red"></b> “ATƏT PA ümid edir ki, Dağlıq Qarabağ münaqişəsi səbəbilə ölən və yaralananların sayı azalacaq, tərəflər danışıqlar masası arxasına oturacaqlar”.
 

APA-nın “Regnum”a istinadən verdiyi məlumata görə, bu barədə ATƏT PA-nın sədri İlka Kanerva MDB Parlamentlərarası Assambleyasının Sankt-Peterburqda keçirilən iclasında deyib.
 
O, parlament diplomatiyasının gücünü qeyd edərək münaqişələrin həllində parlamentarilərin səylərinin artırılmasının vacibliyini qeyd edib.
 
İ. Kanerva məhz 1995-ci ildə Sankt-Peterburqdakı Tavrida sarayında Azərbaycan və Ermənistanın o vaxtkı prezidentləri arasında münaqişənin həllinə yönəlmiş razılaşmanın imzalandığını xatırladıb:
 
“Təəssüf ki, biz bu razılaşmaya əməl edilməsindən daha çox uzaqlaşırıq. Dağlıq Qarabağda münaqişə zonası böyüyür, hərbi əməliyyatlar zamanı ölənlərin sayı artır. MDB-dən olan bütün həmkarlarımı münaqişənin dayandırılması və Minsk qrupu çərçivəsində sülh yolu ilə həllinin tapılması işində birgə səy göstərməyə çağırıram”.
 





20.05.2016    çap et  çap et