525.Az

ABŞ-ın vitse-prezidenti ilə Ermənistan prezidenti arasında telefon danışığı


 

ABŞ-ın vitse-prezidenti ilə Ermənistan prezidenti arasında telefon danışığı <b style="color:red"></b> Mayın 20-də ABŞ-ın vitse-prezidenti Cozef Baydenlə Ermənistan prezidenti Serj Sarkisyan arasında telefon danışığı olub.
 
APA-nın “Novosti-Armeniya”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətindən bildiriblər.
 
"Hər iki tərəf, Qarabağ münaqişəsinin nizamlanması üzrə Vyanada əldə olunmuş razılaşmaların tam və səmərəli həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Tərəflər münaqişənin ATƏT-in Minsk qrupunun vasitəçiliyi çərçivəsində  yalnız sülh yolu ilə həllinin mümkünlüyünə dair həmrəy olduqlarını vurğulayıblar”, məlumatda deyilir.
 
Qeyd edək ki, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə keçirilib.
 





21.05.2016    çap et  çap et