525.Az

Türkiyədə nazirin biznesmen qohumu öldürüldü


 

Türkiyədə nazirin biznesmen qohumu öldürüldü<b style="color:red"></b> Türkiyənin gənclər və idman naziri Akif Çağatay Kılıçın əmisi oğlu, iş adamı Fatih Mehmet Kılıç öldürülüb.
 
APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi xəbərə görə, iş adamının meyiti İstanbuldakı meşəlik ərazidə aşkarlanıb.

Hadisə yerinə gələn polisin araşdırmaları əsasında F. M. Kılıçın odlu silahdan açılan atəşlə boyun nahiyəsindən vurularaq öldürüldüyü məlum olub.
 
Məlumatda bildirilir ki, o, 700 min lirəyə obyekt satın almaq üçün iş görüşünə gedib. Ərazidə olan kamera görüntülərindən onun görüşdüyü Mətin və Salim adlı şəxslər saxlanılıb.
 
Hadisənin digər iştirakçılarının tutulması istiqamətində araşdırmalar davam edir.
 





21.05.2016    çap et  çap et