525.Az

Ağ Ev qarşısında silahlı insident - Yenilənib


 

Ağ Ev qarşısında silahlı insident - <b style="color:red">Yenilənib</b> Ağ Ev qarşısında baş verən silahlı insidentin bəzi təfərrüatları məlum olub.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, prezident iqamətgahına yaxınlaşan silahlı şəxsi Ağ Evin mühafizəçiləri güllələyib.
 
Məlumata əsasən, adı açıqlanmayan şəxs buraxılış postuna yaxınlaşaraq silah çıxarıb. Buna cavab olaraq mühafizə xidmətinin əməkdaşı atəş açaraq onu qarnından yaralayıb.
 
*** 00:13
 
ABŞ-ın paytaxtında, Ağ Ev qarşısında silahlı insident baş verib.
 
APA-nın xəbərinə görə, bu barədə “Washington Post” xəbər verib.
 
Hadisə nəticəsində yaralanan şəxs xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu, atəş açan şəxsin isə saxlanıldığı bildirilir.
 
İnsidentin digər təfərrüatları barədə hələ ki, məlumat verilmir.
 
Qeyd olunur ki, hazırda prezident Barak Obamanı “Endryus” hərbi bazasındadır.
 





21.05.2016    çap et  çap et