525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b>

2003-cü il. İlk dəfə Dialoq və İnkişaf Uğrunda Dünya Mədəni Müxtəliflik Günü qeyd edilib.

BMT Baş Məclisi tərəfindən 2002-ci ilin dekabrında təsis edilən bu günün məqsədi gündəlik həyatda müxtəlifliyi dəstəkləməyə, müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələri arasında qarşılıqlı anlaşma və əməkdaşlığın yaxşılaşdırılması üçün stereotiplərlə mübarizə aparmağa cəhd göstərən insanların birliyini formalaşdırmaqdır.

1991-ci il. Hindistanın görkəmli siyasi xadım Raciv Qandi (1944-1991) seçkiqabağı kampaniya zamanı “Tamil İlamin Azadlıq Pələngləri” terror təşkilatı tərəfindən sui-qəsd nəticəsində öldürülüb.

O, 1984-1989-cu illərdə Hindistanın Baş naziri olub. Raciv Qandi məşhur siyasi xadim İndira Qandinin (1917-1984) oğlu və Hindistan milli-azadlıq hərəkatının lideri Cəvahirləl Nehrunun nəvəsidir.

Müxtəlif illərdə Hindistanın baş naziri olmuş İndira Qandi də sui-qəsd nəticəsində öldürülüb.

 





21.05.2016    çap et  çap et