525.Az

Astana polisi Rusiya jurnalistlərini saxlayıb


 

Astana polisi Rusiya jurnalistlərini saxlayıb<b style="color:red"></b> Qazaxıstanın paytaxtı Astanada Rusiyanın aparıcı informasiya agentliklərinin jurnalistləri polis tərəfindən saxlanılıb.
 
APA-nın "İnterfax" agentliyinə istinadən verdiyi xəbərə görə, saxlanılanlar arasında "Interfax-Kazakhstan", RİA "Novosti", TASS agentliklərinin və "Russia Today" telekanalının jurnalistləri olub.
 
KİV nümayəndələri 1 saat sonra sərbəst buraxılıb. "Bizə sənədlərimizi qaytardılar, lakin nə saxlanma səbəblərini izah etdilər, nə də üzr istədilər", - deyə jurnalistlərdən biri qeyd edib.
 
Qeyd edilir ki, jurnalistlər Astananın "Bayterek" monumenti yaxınlığında keçirilə biləcək razılaşdırılmamış mitinqi işıqlandırmaq niyyətində olub. Mitinq Torpaq Məcəlləsinə edilən dəyişikliklərə həsr olunub.
 





21.05.2016    çap et  çap et