525.Az

Azad Rəhimov Cəlilabadda qəbul keçirdi


 

Azad Rəhimov Cəlilabadda qəbul keçirdi<b style="color:red"></b>

Dünən gənclər və idman naziri Azad Rəhimov Cəlilabad rayonunda vətəndaşları qəbul edib.
 

Nazirlikdən verilən məlumata görə, Heydər Əliyev Mərkəzində baş tutan qəbulda Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı, Yardımlı rayon və şəhərlərindən ümumilikdə 30-dan artıq sakin  iştirak edib.

Müraciətlər gənclər, idman sahələri və tikinti sahələri, ipoteka kreditlərinin verilməsi, iş ilə təminat, sahibkarlığın inkişafı ilə bağlı kreditlərin verilməsi və şəxsi məsələləri əhatə edib.

Gənclər sahəsi üzrə edilən müraciətlər sırasında Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq tədbirlərdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti  olub.

Fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplekslərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin (UGİM)   və bölmələrin yaradılması və s. idman sahəsində edilən müraciətlər olub.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Vəfa MƏMMƏDLİ

 





21.05.2016    çap et  çap et