525.Az

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi rəsm müsabiqəsi keçirir


 

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi rəsm müsabiqəsi keçirir<b style="color:red"></b>

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi uşaqlar arasında rəsm müsabiqəsi elan edir.

Nümayəndəlikdən AZƏRTAC-a bildirilib ki, “Ətrafını kəşf et” adlı müsabiqəsinin keçirilməsində məqsəd rəsmlər vasitəsilə Azərbaycanda uşaqların ətrafı neçə qavradıqlarını, nələrdən zövq alıb, nədən narahat olduqlarını göstərməkdir.

“Azərbaycanın çox zəngin mədəni irsi var. Bu kimi müsabiqələr ətrafımızı kəşf etməyə və onu daha yaxşı anlamağa kömək edir. Müsabiqə Azərbaycanda gənc nəslin incəsənət vasitəsilə özünüifadəsinə, ünsiyyət qurmasına imkan yaradır. İnanırıq ki, incəsənət və mədəniyyət insanları birləşdirərək, onların ətrafı daha yaxşı dərk edib qiymətləndirməsinə yardım edə bilər”,- deyə Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard söyləyib.

Müsabiqədə iştirak etmək üçün mayın 21-də saat 14:00-dan 17:00-dək və 22-də isə saat 10:00-dan 14:00-dək 5-15 yaşarası uşaqlar “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət İctimai Birliyinə yaxınlaşıb, müvafiq mövzuda rəsm çəkməlidirlər. Uşaqlar Aİ nümayəndəliyi tərəfindən rəsm çəkmək üçün lazımi ləvazimatla təmin olunacaq.

Seçim münsiflər heyəti tərəfindən iki yaş kateqoriyası üzrə - 5-9 və 10-15 yaşları arasında aparılacaq. Birinci və ikinci yerin qalibləri planşet, 3-cü yerin qalibi isə kinoteatra 50 manatlıq üzvlük kartı qazanacaq. Həmçinin Avropa İttifaqı nümayəndəliyi bütün iştirakçılara hədiyyə təqdim edəcək. Qaliblər mayın 25-də Aİ-nın Azərbaycandakı səfiri tərəfindən mükafatlandırılacaq.

Qeyd edək ki, rəsm müsabiqəsi “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət İctimai Birliyində təşkil olunan “Mən danışa bilmirəm. SƏN mənim səsimsən. Bakının küçə heyvanları” adlı xeyriyyə tədbirlərinin bir hissəsi olaraq Avropa İttifaqı Azərbaycan nümayəndəliyi tərəfindən maliyyələşdirilir.

 





21.05.2016    çap et  çap et