525.Az

Kipr Türk Ədəbiyyatı antologiyası nəşr ediləcək


 

Kipr Türk Ədəbiyyatı antologiyası nəşr ediləcək<b style="color:red"></b>

Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) Məsləhət Şurasının başqanı Əkbər Qoşalı və DGTYB Məclisinin bir qrup üzvü bugünlərdə Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı yeni təmsilçisi xanım Ufuk Turqanərlə görüşüblər.
 
Birlikdən 525.az-a verilən məlumata görə, görüşdə adadakı türk ədəbi qurumları ilə əlaqələrin gücləndirilməsi yönündə və qarşılıqlı maraq doğuran digər ədəbi-mədəni mövzularda fikir mübadiləsi aparılıb.

Xanım Turqanərlə tanışlıq və nəzakət görüşündə Azərbaycanda “Klassiklərdən çağdaşlara Kipr Türk Ədəbiyyatı” antologiyasının nəşri ideyası səsləndirilib və maraqla qarşılanıb.

 





22.05.2016    çap et  çap et