525.Az

Daha bir erməni general vəzifəsindən azad olundu


 

Daha bir erməni general vəzifəsindən azad olundu<b style="color:red"></b> Ermənistan Silahlı Qüvvələrinin silahlanma idarəsinin rəisi, Melsik Çilinqaryan vəzifəsindən azad edilib.
 
APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, Ermənistan prezidenti Serj Sarkisyan bununla bağlı sərəncam imzalayıb.
 
Qeyd edək ki, ötən ayın sonlarında S. Sarkisyan 3 generalın işdən azad edilməsi ilə bağlı sərəncam verib.

Bunlar müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini Alik Mirzabekyan, rabitə xidmətlərinin rəisi general-mayor Komitas Muradyan və Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının kəşfiyyat idarəsinin rəisi Arşak Karapetyandır.
 





23.05.2016    çap et  çap et