525.Az

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Xocalı ayı kampaniyasına bir sıra təşkilatlar qoşulur (Fotolar)


 

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Xocalı ayı kampaniyasına bir sıra təşkilatlar qoşulur <b style="color:red">(Fotolar)</b>

Sərhədsiz  Mübarizə  Qardaşlığı  Beynəlxalq  İctimai Təşkilatı Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Ukraynada elan etdiyi  Xocalı ayı kompaniyasına qoşulduğunu bəyan edib.

"Beynəlxalq təşkilatlar  dünyada baş verən zorakı və qanlı olaylara düzgün qiymət verməklə gələcək faciələrin qarşısının alınmasında ciddi siyasi iradə nümayiş etdirməlidir."

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, bu devizlə Kiyev şəhərində Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 24 illiyinə həsr olunmuş mərasimə qatılan Sərhədsiz  Mübarizə Qardaşlığı Beynəlxalq  İctimai təşkilatının nümayəndələri  Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Ukraynada elan etdiyi Xocalı ayı kompaniyasına qoşulduqlarını bəyan ediblər. Tədbirdə-amalımız dünyada haqqı və ədaləti müdafiə etməkdir deyən beynəlxalq təşkilatin rəhbəri Yevgeni Podsolyenov beynəlxalq təşkilatların indiyədək Xocalı soyqrımına hüquqi siyasi qiymət verməməsini tarixi ədalətsizlik kimi dəyərləndirib.

Yevgeni Podsolenov - Xocalı faciəsindən 21 il ötməsinə baxmayaraq dünya birliyinin indiyədək bu acı həqiqətə göz yumması yol verilməz haldır .Bu baxımdan bizim təşkilat  UAGB-in Ukraynada elan etdiyi Xocalı ayı kompaniyasına qoşularaq  bu amansız faciənin ukrayna ictimaiyyətinə çatdırılmasında yaxından iştirak etmək qərarına  gəlib . 

 Sözü gedən beynəlxalq təşkilatın nümayəndələri həmçinin Xocalıya ədalət kompaniyası çərçivəsində BMT-in və ATƏT-n ukrayna nümayəndəliklərinin qarşısında keçiriləcək etiraz yürüşlərinədə qatılacaqlarınıda bildiriblər.

 

 

 





18.02.2013    çap et  çap et