525.Az

BBC əməkdaşları tətil edir


 

BBC əməkdaşları tətil edir<b style="color:red"></b>

Dünyanın ən böyük media quruluşlarından olan BBC-də bir günlük tətil elan edilib.

Cümə günü işi yavaşlatma aksiyası keçirən BBC əməkdaşları bu gün tətil edəcək.

Jurnalistlərin Həmkarlar İttifaqı üzvlərinin keçirdiyi tətilin səbəbi BBC-nin əvvəlki rəhbərliyinin qəbul etdiyi qərarlardır. Əvvəlki rəhbərlik 2017-ci ilin aprel ayına qədər xərclərin 20 faiz azaldılmasını nəzərdə tutan strategiya qəbul edib. BBC-nin "Delivering Quality First" (DQF) adlanan bu strateji proqramı həm də 2017-ci ilə qədər 2 min vəzifənin ləğvini nəzərdə tutur.

Həmkarlar İttifaqı BBC-nin Şotlandiya, Asian Network, Dünya xidməti və İngiltərə bürolarındakı bəzi vəzifələrin ləğv ediləcəyini iddia edir.

Hökumətlə əldə edilən razılaşmaya görə, BBC-nin büdcəsini təşkil edən və İngiltərədə televizoru olan hər evdən alınan lisenziya miqdarında 2017-ci ilə qədər hər hansı artım olmayacaq. Bundan əlavə, hökumət 2011-ci ildə BBC-nin Dünya Xidmətinin büdcəsinin Xarici İşlər Nazirliyindən təmin olunması qaydasını ləğv edib. 2014-cü ildən bu xidməti də BBC öz büdcəsindən maliyyələşdirəcək.

TRT

 





18.02.2013    çap et  çap et