525.Az

Mətbuatın 141 illiyi ərəfəsində jurnalistlərə ev verilməyəcək


 

Mətbuatın 141 illiyi ərəfəsində jurnalistlərə ev verilməyəcək<b style="color:red"></b> Azərbaycan mətbuatının 141 illiyi ərəfəsində jurnalistlərə ev verilməyəcək.
 
Bunu APA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
 
O bildirib ki, jurnalistlər üçün yeni binanın tikintisi davam edir:

"Tikintinin bu ilin sonuna kimi başa çatması planlaşdırılır. Mənzillərin jurnalsitlərə paylanması məsələsinə bundan sonra baxılacaq".
 
Qeyd edək ki, artıq bir bina tikilərək mətbuat nümayəndələrinə paylanıb.
 





25.05.2016    çap et  çap et