525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b>

1827-ci il. Rusiya-İran müharibəsinin (1826-1828) gedişində rus qoşunları Naxçıvanı işğal ediblər.

Bundan sonra Rusiya ordusu İrəvan xanlığını, ardınca isə Təbriz, Urmiya və Ərdəbili də ələ keçirib.

Müharibə Azərbaycanın Naxçıvan və İrəvan xanlıqlarının Rusiyaya birləşdirilməsi ilə başa çatıb.

1914-cü il. Görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin doğum günü (1914-1996). O, "Söyüdlü arx", "Körpüsalanlar", "Dağlar arxasında üç dost" və digər romanların, Azərbaycan dramaturgiyasında yeni mərhələ təşkil edən pyeslərin müəllifidir.

1918-ci il. Tiflisdə Zaqafqaziya Seyminin son iclası keçirilib. Seymin buraxılması, Zaqafqaziya Federativ Respublikasının ləğvi barədə qərar qəbul edilib. Zaqafqaziya Federasiyasının cəmi bir ay mövcud olmasının əsas səbəblərindən biri erməni tərəfin həm Azərbaycana, həm də Gürcüstana ərazi iddiaları idi. Mayın 26-da Gürcüstanın, iki gün sonra isə Azərbaycan və Ermənistanın müstəqilliyi elan olunub.

1922-ci il. Bakıda Zaqafqaziya qadınlarının I qurultayı keçirilib.

2009-cu il. Gədəbəy qizil-mis emali zavodu fəaliyyətə başlayıb. Gədəbəy yatağı hələ qədim dövrlərdən məlum olub. 1864-1917-ci illərdə burada dağ-mədən işləri aparılıb. Həmin dövrdə yataqda mis filizinin hasilatı ilə məşğul olan Almaniyanın “Siemens” şirkəti təxminən 2 milyon ton filiz çıxarmışdı.

1896-cı il. Sonuncu Rusiya İmperatoru II Nikolayın tacqoyma mərasimi olub. II Nikolay 1917-ci ilin Fevral inqilabı zamanı taxt-tacdan əl çəkib, 1918-ci ilin iyulunda ailəsi və yaxınları ilə birlikdə Yekaterinburqda güllələnib.

 





26.05.2016    çap et  çap et