525.Az

Azərbaycanın 8 bankında stress-test


 

Azərbaycanın 8 bankında stress-test <b style="color:red"></b>

“Moodys” beynəlxalq reytinq agentliyi Azərbaycanın 8 bankında stress-test aparıb.
 
"APA-Economics" xəbər verir ki, bu barədə agentliyin kiçik vitse-prezidenti, analitiki Mariya Malyukova deyib.

Onun sözlərinə görə, banklarda 2 ssenari - baza və alternativ ssenari üzrə stress-testlər aparılıb:

"Birinci stress-test daha realdır. Baza ssenarisinə əsasən ÜDM-in azalmasını və kredit portfelində olan problemlərin 20%-ə çatmasını nəzərə alırıq.

Alternativ ssenariyə görə, ÜDM-in 8% azalması və problemli kreditlərin 35%-dək yüksəlməsi proqnozlaşdırılır. Nəticə göstərir ki, kapitallaşma göstəriciləri -2,8%-ə enə bilər və sektora mühüm kapitallaşma tələb olunur".

 





26.05.2016    çap et  çap et